2022-ci il martın 14-də ölkə üzrə 281 ictimai iaşə obyektində 493 monitorinq keçirilib. Monitorinqlərin məqsədi pandemiya sahəsində qanunvericiliyin icrasına nəzarət etməkdir. Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:
1. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küç., ev 51 ünvanında yerləşən, fiziki şəxs Səlimov Elmin Şafiq oğluna məxsus “Koffemania” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küç., ev 4 ünvanında yerləşən, hüquqi şəxs “Smooth Group” MMC-yə məxsus restoran;
3. Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 6 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elşən Səhəddin oğluna məxsus “Hunkar Sofrası” restoran.
AQTA-dan bildirilir ki, bu müəssisələr barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.