6 C
Baku
Sunday, December 15, 2024

“Coinbase” kriptobirjası “Nastaq”a çıxacağı tarixi açıqlayıb

“Coinbase” kriptobirjası “Nastaq”a aprelin 14-ü çıxacağını açıqlayıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətə və requlyatora istinadən “The Wall Street Journal” yazıb.

Requlyatorun verdiyi məlumata görə, sonuncu dəfə “Coinbase” 67.6 milyard dollar dəyərində qiymətləndirilib. Fevral ayında “Axios” kriptobirjanın dəyəri 100 milyard dolları keçib.

Məşhur suallardan biri isə budur ki, niyə şirkət səhmlərini öz birjasında satmır? “Coinbase” kriptobirjasının rəhbəri Brayan Armsronqun sözlərinə görə, şirkət bu variantı da nəzərdən keçirib, lakin bu halda tənzimləmə və texnologiyalarla problemlər olacaqdır.

2020-ci ilin dekabrında “Coinbase” birjaya çıxmaq planlarını açıqlamışdır. Şirkətin layihəsinə əsasən, 2020-ci ildə “Coinbase” kriptobirjasının gəliri 1.28 milyard dollar, xalis mənfəəti isə 322 milyon dollar təşkil edib. 2019-cu ildə bu rəqəm 530 milyon dollar, xalis zərəri isə 30 milyon dollar olub.

“Coinbase” – kriptovalyutaların alınması, satılması və idarə olunması üçün platformadır. “Crunchbase”in verdiyi məlumata görə, yarandığı 2012-ci ildən bəri “Coinbase” 547.3 milyon dollar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər