25 C
Baku
Saturday, April 20, 2024

“Coinbase”in kapitallaşması 100 mlrd. dollara çatıb

Amerikanın “Coinbase” kriptobirjasının kapitallaşması 99.6 milyard dollara çatıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb. Qeyd edildiyi kimi, hərracların ilk dəqiqələrində səhmlər 429 dollar, şirkətin kapitallaşması isə 112 milyard dollar səviyyəsinə çatıb.

Bu, “Coinbase” kriptobirjasına Amerikanın 100 ən bahalı dövlət şirkətindən birinə çevrilməyə imkan verir.

Qeyd edək ki, 2012-ci ildə qurulan “Coinbase” kriptovalyuta almağa, saxlamağa və idarə etməyə imkan verir. Birjada 50-dən çox kriptovalyuta var. Ümumilikdə, platformadan 56 milyondan çox insan istifadə edir (2020-ci ilin sonunda 43 milyon, 2019-cu ildə 32 milyon olub).

Verilən məlumata görə, “Coinbase”in 2020-ci ildəki gəliri 1.28 milyard dollar, xalis mənfəəti isə 322.3 milyon dollar təşkil edib. Aprel ayında şirkət 2021-ci ilin birinci rübünün ilkin nəticələrini açıqlayıb: gəlir doqquz dəfə artıb – 1.8 milyard dollara, xalis mənfəət – 730-800 milyon dollara çatıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər