7 C
Baku
Sunday, December 15, 2024

Çökmüş steyblkoinin emitenti onu dəstəkləmək üçün bitkoində $2.9 mlrd. xərclədi

TerraUSD steyblkoinin sabitliyini qorumaq üçün yaradılmış “Luna Foundation Guard” təşkilatı, tokenin dəyərini qorumaq üçün keçən həftə bitkoinlərin demək olar ki, bütün mövcud ehtiyatlarını istifadə etdiyini açıqlayıb. Qeyd edək ki, LFG-nin sərəncamında dəyəri 3 milyard dollardan çox olan 80 min bitkoin olub.

Xatırladaq ki, TerraUSD dollara bağlıdır. Dollara nisbətdə paritet aşağıdakı alqoritmlə təmin edilir: sikkənin dəyəri 1 dollardan aşağı düşdükdə əlavə Luna tokeni buraxılır. Və bu prosedur TerraUSD-nin məzənnəsi yenidən 1 dollara qalxana qədər davam edir.

Mövcud məlumata görə, LFG keçən həftə TerraUSD 1 dollardan aşağı düşdükdən sonra 52 189 bitkoin satıb. Steyblkoini çöküşdən xilas etmək istəyən şirkət son cəhdlə daha 33 206 bitkoini əldən verib. Bununla belə, bu kömək etməyib – hazırda TerraUSD 0.1 dollara satılır.

İndi LFG-nin ehtiyatında cəmi 313 bitkoin qalıb. Mənbənin sözlərinə görə, təşkilat qalan aktivlərdən bəzi TerraUSD sahiblərinin itkilərini kompensasiya etmək üçün istifadə etmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər