10 C
Baku
Thursday, December 12, 2024

“Colgate-Palmolive” şirkəti Rusiyaya tədarükü məhdudlaşdırıb

ABŞ-ın “Colgate-Palmolive” şirkəti Rusiyada investisiyalarını və reklam yatırımlarını dayandırır, təklif olunan məhsulların çeşidi isə yalnız sağlamlıq və gündəlik gigiyena üçün gərəkli mallardan ibarət olacaq.

Bu barədə şirkətin rəhbəri Noel Uollas bildirib.

“Sağlamlıq və gigiyena üçün vacib gündəlik tələbat mallarından başqa, digər məhsulların ixracını və satışını dayandırdıq. Bütün kapital yatırımları və reklam aktivliyi də ləğv olunub”, – Uollasın bəyanatında deyilir.

“Colgate-Palmolive” şirkəti eyniadlı gigiyena brendlərinin istehsalçısıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər