-3 C
Baku
Sunday, December 15, 2024

“Competo MMC”yə yeni baş icraçı direktor təyin olunub

1 iyul 2024-cü il tarixindən “Competo MMC”nin yeni baş icraçı director vəzifəsinə Rauf Qulaməliyev təyin olunub.

Qeyd edək ki, Rauf Korporativ Maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holding” MMC-yə qoşulub və 1 iyul 2024-cü il tarixinə qədər Ekosistemin İnkişaf Strategiyası üzrə rəhbər vəzifəsində çalışıb. O, Umico Bonus, Umico Market və m10 kimi məhsulların ərsəyə gəlməsində birbaşa iştirak edib və bu məhsulların uğurunda mühüm rol oynayıb. Bununla yanaşı, Rauf, Uklon, Trendyol və Bakıkart kimi uğurlu tərəfdaşlıqları birbaşa olaraq idarə edib.

Son xəbərlər
Digər xəbərlər