15 C
Baku
Saturday, April 20, 2024

Con Bell PHILIPS şirkətinin strategiyası barəsində müsahibə verdi

Con Bell necə problemlərdə yeni məhsulların yaranması haqqında danışıb. Qeyde edək ki, o, Philips Research-un inkişafı və strategiyası üzrə direktordur.

Məhsulların hazırlamaq üçün ideyalar necə yaranır? Onları necə təhlil edirlər?

Philipsdə, demək olar ki, bütün əməkdaşlar əmindirlər ki, istənilən innovasiya istehlakçının tələbatlarına, arzularına uyğun olmalıdır. Biz cəmiyyətdə böyük miqyaslı dəyişiklikləri izləyirik, əhalinin nəyə tələbat duyduğunu, yeni texnologiyaların inkişaf səviyyəsini araşdırırıq. Biz  lazımi texnologiyalarının mövcud olduğunu gördükdə ya yeni məhsulları yaratmağa başlayarıq, ya da ki, artıq mövcud olan texnologiyaları təkmilləşdiririk.

Məhsulların yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?

Məhsulların yaradılması prosessi bu mərhələlərdən ibarətdir: ideyaların qiymətləndirilməsi-  məhsulun konsepsiyasının yaradılması- istehsal- marketinq- satışlar. Hər bir mərhələnin öz rolu var. Son mərhələ məhsulun patentləşdirilməsidir.Philipsdə 130 mindən çox patent, ticarət nişanları var.

Bütün çalışmalar şirkətin daxilində aparılır, yoxsa siz “açıq innovasiyala” konsepsiyasından istifadə edirsiniz?

Philips üçün hər hansı mövzu ətraflnda ekspertizanı şirkətin daxilində saxlamaq vacibdir. İnnovasiya işləri ilə tədqiqat mərkəzi məşğul olur. Bu cür layihələrin arasında tibbi vizualizasiya, rentgenologiya, maqnit rezonans tomoqrahiya sahələrində işlər üstünlük təşkil edir. Şirkət bu sahələrdə daha güclüdü.

Philips Research tədqiqat mərkəzi 1914-cü ildə yaradılıb. Burada 50 müxtəlif millətlərə mənsub 1800 çalışan var. Tədqiqat mərkəzinin illik gəliri Philips şirkətinin qlobal satışlarından 1% təşkil edir.

Bəzi hallarda “açıq innovasiyaalr” prinsipinə riayıt edərək şirkət xarici resursları cəlb edir. Digər sözlərlə, universitetlərlə, klinikalarla və hətta digər şirkətlərlə bilik və ekspertiza mübadiləsi təşkil edir.

Bu innovasiya məhsulların qısa bir zamanda bazara çıxarılmasını təmin edir.

Bundan savayı, Philips startaplarla çalışır.

Philips üçün innovasiyalar onun inkişafının əsas gücü və şirkətin missiyasının bir hissəsidir. Buna müvafiq olaraq hər il investisiyaların həcmi də artır.

Təbii ki, bütün innovasiyalar bazara çıxa bilmir. Bəzən bazar innovasiyaları qəbul etməyə hazır olmur.

Bazarın hazır olması innovasiyaların uğurunun əsas amilidir.

Lakin ümumilikdə uğur üç amildən asılı olur: zamandan, resurslardan, region üçün strateji əhəmiyyətdən.

Son xəbərlər
Digər xəbərlər