ABŞ-ın keçmiş prezidenti Con Kennedinin bacısı Cin Kennedi Smit vəfat edib.
DHA xəbər verir ki, o, 92 yaşında ölüb.
Bildirilib ki, Cin Kennedi Şimali İrlandiyada sülh prosesində ABŞ-ın səfiri olaraq aparıcı rol oynayıb.
Qeyd edək ki, Cin Enn Kennedi Smit 1928-ci il fevralın 20-də Bostonda doğulub. 1993-1998-ci illərdə ABŞ-ın İrlandiyadakı səfiri işləyib.
Xatırladaq ki, Con Kennedi 1961-ci il yanvarın 20-dən 1963-cü il noyabrın 22-dək ABŞ prezidenti olub. Ağ evin 35-ci sahibi 46 yaşında sui-qəsd nəticəsində öldürülüb.
O, ABŞ-ın ilk katolik prezidenti, Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub.