1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keyns-in adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi.
Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə populyarlıq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”.
1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı.
Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsalar da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu.
Müasir oxucu üçün “Ümumi nəzəriyyə” elə də aktual görünməyə bilər. Kitab dünya qarşısında tamamilə başqa cür məsələlər olan zaman yazılmışdı.Keyns Böyük Britaniyada resessiya zamanı 3%-li büdcə defisitinə haqq qazandırmağa çalışırdı. Bu zaman iqtisadiyyatın 25%-i dövlətin əlində idi. Bu gün vəziyyət tamamilə başqa cürdür: 2009-cu ildə ABŞ-da defisit ÜDM-a münasibətdə 13%-ə, Danimarka, Belçika və Fransa da isə demək olar ki, 50%-ə çatmışdı.
Keyns İkinci dünya müharibəsi başa çatdıqda “Ümumi nəzəriyyə” kitabında narazı olduğu fikirləri tamamlamaq məqsədilə digər bir kitab yazmağı planlaşdırır. Lakin bu onun dünyasını dəyişməsi səbəbindən baş vermədi. Keynsin ölümündən sonra keynsçilik nəzəriyyəri Coan Robinson-un “Kapital toplanması” (The Accumulation of Capital) kitabında toplanır. O bu kitaba bir çox yeni ideyalar daxil edir. Nəticədə bu Keyns nəzəriyyəsinin təhrif olunmasına gətirib çıxarır.
Keyns tənqidçilərin hesab etdiyindən daha çox empirik idi. O özünü konkret olaraq heç bir iqtisadi cərəyan ilə bağlamırdı. O deyirdi: “Faktlar dəyişəndə, mən də öz nəzər nöqtəmi dəyişirəm”.
Comments are closed.