7 C
Baku
Thursday, December 12, 2024

Conson Avropa İttifaqına alternativ yaratmağı təklif edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə Avropa İttifaqına siyasi, iqtisadi və hərbi alternativ yaratmağı təklif edib. Banker.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.

Yeni alyansa Polşa, Ukrayna, Estoniya, Latviya, Litva və Türkiyə daxil ola bilər.

Mənbədə qeyd edildiyi kimi, Ukrayna hələ Consonun təklifinə cavab verməyib. Zelenski iyunun 23-də Ukraynanın birliyə üzvlük müraciətinə baxılacaq Avropa İttifaqı (Aİ) sammitini gözləyir.

Son xəbərlər
Digər xəbərlər