Britaniyanın baş naziri Boris Conson Avropadakı müharibənin iqtisadi nəticələrinə görə Ukraynanın Rusiya ilə öz maraqlarına uyğun olmayan sülh sazişi imzalamaq üçün təzyiqlə üzləşə biləcəyindən narahat olduğunu deyib.
Bu barədə Baş nazir Conson Ruandanın paytaxtı Kiqalidə jurnalistlərə açıqlamasında bildirib.
“Çox ölkələr bunun lazımsız bir Avropa müharibəsi olduğunu söyləyir və buna görə ukraynalıları əlverişsiz sülhə təşviq etmək üçün təzyiq artacaq – məcburetmə olacaq, bəlkə də”, – o deyib.
Britaniya Baş naziri vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada öz hədəflərinə nail olmasının nəticələri beynəlxalq təhlükəsizlik üçün təhlükəli və uzunmüddətli iqtisadi fəlakətə çevriləcək.