21 C
Baku
Saturday, May 4, 2024

“Continental” Rusiyadakı biznesini satıb

Almaniyanın təkər istehsalçısı “Continental” Rusiyadakı aktivlərini “S8 Capital”a satıb. Holdinqin idarəedici direktoru Torsten Şubert bildirib ki, tezliklə rebrendinq gözlənilir. Şirkət Rusiyanın İT texnologiyalarına əsaslanan bütün istehsal sistemlərini yenidən işə salmağı gözləyir.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Sövdələşmənin məbləği açıqlanmayıb. Qəzetin yazdığına görə, bu, 87 milyon avro ola bilər. Xatırladaq ki, 2023-cü ilin aprelində alman konserni “Bosch” Engelsdəki üç fabrikini “S8 Capital”a satıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər