20 C
Baku
Wednesday, October 9, 2024

Corc Vaşinqtonun kitabı

Corc Vaşinqton ABŞ-ın ilk prezidenti və İnqilabi ordunun baş komandanı idi. Onu haqlı olaraq “Amerika millətinin atası” adlandırırdılar. Onunla qürur duyurdular və xasiyyətinin özünəxas xüsusiyyətlərinə, xeyirxahlığına və mehribanlığına görə sevirdilər.

Lakin onun uşaqlığı ona elə də parlaq gələcək vəd etmirdi. O ən adi bir ailədə böyüyüb və bu ailə ona çox az bir şey verə bilərdi. Hər şey onun uşaq ikən 16-ci əsrdə yaradılmış fransız yezuitlər tərəfindən yaradılmış qaydalar toplusunu oxuması ilə başlayır. O bu kitabın adını “Mərifət və layiqli davranış qaydaları” kimi tərcümə etmişdi. Qısası kitabda özünü masa arxasında necə aparmaq qaydaları, düzgün geyim tərzi və s. barədə bir sıra təlimatlar yer almışdı. Vaşinqton bu qaydaları özünün qeyd dəftərçəsinə qeyd etmişdi. O bu dəftəri ömrünün sonuna qədər özü ilə birgə gəzdirirdi.

O bu kitaba əsaslanaraq özünə vərdişlər əldə edir və daim onlardan istifadə edirdi. Vaşinqton “özünü formalaşdıran bir şəxs” olaraq böyük hörmət qazanmışdı.

Son xəbərlər
Digər xəbərlər