19 C
Baku
Monday, May 27, 2024

COVAX-ın alınmasına xərclənən vəsait açıqlanıb

Azərbaycan Respublikası tərəfindən öhdəlikli satınalma müqaviləsi üzrə 2 milyon doza COVAX (GAVI) vaksininin alınması üçün ümumilikdə 47,4 mln. manat vəsait ödənilib.

Bu barədə hökumətin hesabatında qeyd olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə Türkiyə Respublikasının “KEYMEN ILAÇ SANAYI VE TICARET A.Ş.” arasında imzalanmış 186,9 mln. manatlıq müqaviləyə əsasan Çin Xalq Respublikasının “Sinovak” Şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini keçmiş COVID-19 vaksininin cəmi 9 mln. vaksin dozası əldə olunub.

Həmçinin, 1 mln. doza “AstraZeneca” vaksininin alınması üçün 1.75 mln. manat dəyərində, 300 min doza “Sputnik-V” vaksininin alınması üçün 4 mln. manat dəyərində müqavilələr bağlanılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər