Koronavirus infeksiyasının qarşısını alan “Sputnik V” peyvəndi vurulandan sonra on xəstədən biri qızdırma, üşütmə, halsızlıq və ya ürək bulanması kimi simptomlarla üzləşə bilər.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, bu normal reaksiyadır və immunitetin formalaşmasının əlamətlərindən biridir.
Halsızlıq, ümumi yorğunluq və ürək bulanması olduqda, fiziki aktivliyi azaltmaq və özünə istirahət etmək üçün vaxt vermək tövsiyə olunur.
Xəstələrin 5,7%-i əzələ ağrısı, üşütmə və ya yüksək hərarətlə qarşılaşa bilər. Hərarətin 38 dərəcədən yuxarı qalxdığı halda, ağrıkəsici və qızdırmanı salan preparatlar qəbul etmək məsləhət görülür.
Vaksinasiya olunmuş xəstələrin təxminən 4,7%-i peyvəndin vurulduğu yerdə ağrı, qaşınma, şişkinlik və qızartının olduğunu qeyd edir. Bu təqdirdə, şişkinliyi aradan qaldırmaq üçün antihistamin preparatlar qəbul edilə bilər. Xəstələrin 1,5%-i burun tutulması və ya boğaz ağrısı hiss edir, bu zaman isti içkilər içmək və burun dərmanlarından istifadə etmək məsləhət görülür.
Bəzi xəstələrdə ürək döyüntülərinin artması və yüksək qan təzyiqi qeydə alınıb.
Xatırladaq ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin ölkənin vitse-prezidenti Tatyana Golikovaya növbəti həftədən kütləvi vaksinasiyaya başlamağı tapşırıb.