9 C
Baku
Thursday, December 12, 2024

COVID-19-u səslə müəyyən etmək mümkün olacaq

Uzun müddətdir dünyanı bürüyən COVID-19 infeksiyası ilə bağlı diqqətçəkən araşdırma aparılıb.

Niderlandın Maastrixt Universitetinin alimləri süni intellektdən istifadə edən mobil proqramla koronavirusun insan səslərində aşkar edilməsi imkanı ilə bağlı araşdırmaya başlayıblar.

Araşdırmada Kembric Universitetinin COVID-19 audio tətbiqində 4353 sağlam və qeyri-sağlam iştirakçıdan 893 səs yazısı (308-nin koronavirus testi müsbət çıxıb) təhlil edilib.

Mütəxəssislər qeydləri təhlil etmək üçün insan qulağının səs tezliklərinin dəyişməsini göstərən “Mel-spectrogram” adlı şkaladan istifadə ediblər.

COVID-19 olmayanların səsini digər səslərdən ayırmaq üçün fərqli süni intellekt modelləri hazırlanıb və hansı modelin virusun aşkarlanmasında daha yaxşı nəticələr verdiyi qiymətləndirilib.

Virusun səslə müəyyən edilməsində dəqiqlik 89 faiz təşkil edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər