1 C
Baku
Saturday, December 14, 2024

COVID xaosu Çin yuanını ucuzlaşdırır – Asiya valyutaları

Asiya valyutalarının əksəriyyəti FED-in növbəti iclaslarda faiz artımında yumşalacağı ilə bağlı ehtimallara baxmayaraq Çində COVID-19 yoluxmaları ilə bağlı vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlar əhval-ruhiyyəni zəiflətdiyi üçün cümə günü ucuzlaşıb.

Banker.az xəbər verir ki, bu həftə FED-in şahin formada siyasətdə yumşalmaya getməsi Cənub-Şərqi Asiyada da əhval-ruhiyyəni yüksəltdi. FED-in faiz artımı tempinin zəiflədəcəyi xəbəri investorları riskli aktivlərə və eləcədə valyutaya yatırımda iştahalandırır. Filippin pesosu bu həftə 0.8%, Tailand Bahtı isə 0.7% artıb.

Malayziya ringgiti cümə günü 0.7% bahalaşdı və ölkə yeni Baş naziri təyin etməklə beş günlük siyasi dalana son qoyduqdan sonra milli valyutanın 2% artımı bu həftənin ən yaxşı göstəricisidir.

Çin yuanı 0.1% ucuzlaşıb və bu həftə 0.6% azalaraq ən pis performansa sahib olan Asiya valyutaları arasında olub. Asiyanın ən böyük iqtisadiyyatı gündəlik COVID-19 hadisələrində rekord yüksək sıçrayışla mübarizə aparır, bu, bir neçə böyük şəhərdə sərt məhdudiyyətlərin yenidən tətbiqini gördü və eyni zamanda “iPhone Şəhəri” olan Çjençjou ictimai iğtişaşlara səbəb oldu.

Çinlə yüksək ticarət əlaqələrinə sahib ölkələrin valyutaları cümə günü kiçik hərəkətlər etdi. Avstraliya dolları 0.1% bahalaşdı, lakin ölkənin ən böyük ticarət tərəfdaşı ilə bağlı narahatlıqlar səbəbindən həftəlik 1.5% itikidən qaça bilmədi.

Yapon yeni isə bu günə 0.1% enişlə ticarətə start verib. Normalda, FED-in sülhpərvər siqnalları onu həftə ərzində 1% bahalaşdırmalı idi.

ABŞ dollarının indeksi bayramda ticarətdə 0.2% azalıb, dollar indeksi fyuçersləri isə 105.75 ətrafında sabit qalıb.

Bir neçə FED üzvü bu il faiz dərəcələrində kəskin artımın iqtisadi təsirini ölçmək üçün daha kiçik faiz artımlarına gedəcəyini dəstəklədiyi görünür. Bazarların əksəriyyəti dekabr iclasında uçot faiz dərəcəsini 50 baza bəndi artacağını gözləyir. Amma bazar buna da adaptasiya olub ki, sonrakı artımlar ABŞ inflyasiyanın trayektoriyası ilə müəyyən ediləcək.

Sonda qeyd edildiyi kimi, bazarlar FED-in növbəti iclaslrda (dekabrdan sonra) nə qərara gələcəyini bir qədər qeyri-müəyyən görür.

Screenshot 2022 11 25 092854

Son xəbərlər
Digər xəbərlər