“Pullar insana heç nədən imtina etməyərək, dilədiyi kimi yaşamaq üçün lazımdır. Həm varlı, həm yoxsul şəxs də yaşamaq istəyir… lakin hərəsi fərqli şəkildə. Hətta bu iki sözün kökü belə müxtəlifdir: “var” və “yox”. Yoxsul insan üçün “Pul sənin nəyinə gərəkdir” sualına bir cavab mümkündür: “Xərcləmək üçün”. Yoxsul insan məhz bu zaman xoşbəxt olur, onda öz maliyyə rifahı ilə bağlı xoş hislər yaranır. Pullar bitdikdə isə (borclar ödəndikdən, alış-veriş edildikdən, istirahət edildikdən və s.dən sonra) artıq həyat xoşbəxtliyi öz mənasını itirməyə başlayır.
“Eh, nəyə sevinimki?” deyə yoxsul şəxs gileylənir. Geriyə yenə sevmədiyin işə məcbur getməli, bəxtini sınamaq üçün lotereya almalı və yaxud varlı qohumdan nə vaxtsa miras əldə etməyi arzulamaq qalır.
Varlı şəxs isə yoxsul bir insanın pul ilə almaq istədiyi hər şeyə artıq sahibdir. Elə buna görə də, varlı adlanır. Varlı şəxs isə “Pul sənin nəyinə gərəkdir?” sualına sualla cavab verir. Məsələn:
“Hansı pullar?”. Qaydalara görə, varlı şəxsin bir neçə pul qabı var. Biri biznes, biri ailə, biri özü, biri… bu siyahı hələ çox uzana bilər.
“Nə qədər pul?”. Təbii ki, 1 dollar ilə investisiya etmək mümkün deyil, lakin buna da cəhd edən insanlar var.
“Hansı formada?”. Sən demə, pulların müxtəlif növləri varmış… nağd, nağdsız, elektron, kredit, kroptovalyuta və s.
Yeri gəlmişkən, varlı insanlar pulu çox vaxt “maliyyə aləti” adlandırırlar. Burada avropalı ilə bir eskimos arasında olan analogiya yada düşür. Kanadalı eskimosların dilində 1000-dən az söz olsa da, bu sözlərin 20-si qar mənasına gəlir. Eskimos üçün qar həm qar, həm su, həm tikinti materialı, həm də yol örtüyüdür. Beləliklə varlı şəxs üçün də “pul” sözünün bir neçə mənası mövcuddur.