ABŞ Prezidenti Cozef Bayden Afrikanın səkkiz dövlətindən giriş məhdudiyyətlərinin aradan qaldırılmasına göstəriş verib.
Bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.
Məlumatda deyilir ki, məhdudiyyətlər dekabrın 31-i gecə yarısı aradan qaldırılacaq.
Qeyd edək ki, koronavirusun yeni “omikron” ştamının müəyyən edilməsi ilə əlaqədar noyabrın 29-dan ABŞ hakimiyyəti Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavidən hava nəqliyyatına məhdudiyyətlər tətbiq edib.