ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.
“O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq”, – sözçü əlavə edib.