“Heç bir ölkə bir gecədə Avropa İttifaqına üzv ola bilməz”.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Antalya Diplomatiya Forumu çərçivəsində çıxış etdiyi paneldə deyib.
“Heç bir ölkə bur gecədə Aİ-yə üzv ola bilməz. Yerinə yetirilməli olan prosedurlar var. Ukraynanın müraciəti ilə bağlı artıq proses başlayıb, bilirsiniz. Və bu proses Aİ-nin üzvlüklə bağlı müvafiq proseduruna uyğun həyata keçiriləcək”, Borrell deyib.