1 C
Baku
Saturday, December 14, 2024

“Crab bucket theory” nədir?

Psixologiyada crab bucket theory – “xərçəng vedrəsi nəzəriyyəsi” adlı mükəmməl anlayış mövcuddur. Buna qısaca izah gətirsək deməliyik ki, xərçənglər o qədər axmaq canlıdır ki, vedrədə olan xərçənglərdən hər biri ayrılıqda vedrədən çıxa bilər. Lakin onlardan biri vedrədən çıxmağa çalışdıqda digərləri ondan yapışaraq onu aşağı dartırlar.

İnsanlarla da vəziyyət eyni cürdür. Məsələn, kimsə siqaret çəkməyi tərgitməyə çalışdıqda ətrafdakılar ona “onsuzda alınmayacaq” deyirlər – crab bucket. İkinci ali təhsil almaq qərarına gəldikdə dostların bunun sənin nəyinə gərək olduğunu, onsuzda işdə həddindən artıq yorulduğunu dilə gətirir – crab bucket. Öz valideynlərin sənə nə qədər axmaq (uğursuz, avara, əlindən bir iş gəlməyən biri) olduğunu dedikdə yenə də – crab bucket.

Bu insan təbiətidir və bununla nə isə etmək mümkün deyil, bir şeydən başqa – güclü olmaq və vedrədən çıxmağı bacarmaq. Hətta yüz nəfər səni aşağı dartsa belə.

Son xəbərlər
Digər xəbərlər