16 C
Baku
Saturday, April 27, 2024

CV nədir və rezümedən nə ilə fərqlənir?

“Rezüme” – amerikan tərzidir. Amerikan yanaşmasına əsasən Curriculum Vitae – alimin və yaxud elmi əməkdaşın, kitabxanaçının, müəllimin və ya tədqiqatçının elmi sənədidir. İlk növbədə burada təhsil ətraflı şəkildə təsvir edilir. İş təcrübəsinə də bir o qədər diqqət ayrılır. Belə bir sənədin ölçüsü 3 və daha çox səhifədir. CV – təhsil və iş barədə daha dərin məlumatların verildiyi sənəddir. Lakin bununla yanaşı, Avropa və Böyük Britaniyada amerikalıların rezüme adlandırdığı sənəd də CV adlandırılır. 

Əsl rezümenin isə CV-dən keyfiyyət baxımından fərqləri aşağıdakılardır:

  • qısalıq (əsasən 1 səhifə)
  • müəyyən edilmiş bir vəzifə və işəgötürənə istiqamətlənmək (hər bir vakansiya üçün ayrı bir rezümenin hazırlanması məqsədəuyğundur)
  • rezümeni hazırlayarkən sərbəstliyə sahib olmaq.

 Özünüzü işəgötürənin yerində təsəvvür etməyə çalışın. Onu ilk növbədə şəxsi maraqları maraqlandırır. O yaxşı təşkil edilmiş həyata sahib insan axtarmır. Bu səbəbdən də həqiqi bacarıq və təcrübələrinizi gizlətməyin bir mənası yoxdur. İşəgötürən sizdən çox şey istəmir. Onun istədiyi səliqəli, asanlıqla başa düşülən bir sənəddir. Rezümeniz elə formada təşkil edilməlidir ki, rəhbər onu oxuduqda məhz sizi axtardığını anlasın. Müsahibəyə dəvət edilmək isə rezümenin əsas məqsədidir.

 İşəgötürənin rezümedə görmək istəmədiyi isə ehtiyaclar, arzular və xəyallar barədə etdiyiniz qeydlərdir. Bir faktı yadda saxlayın ki, müəyyən bir vakansiya üçün bəlkə də yüzlərlə rezüme göndərilir və rəhbərin onların birini  nəzərdən keçirmək üçün 30 saniyəsi var. Yaxşı təşkil edilmiş rezüme üçün 30 saniyə kifayətdir ki, lazımi insanın siz olduğuna qərar versinlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər