18 C
Baku
Friday, November 22, 2024

Dəbbə nədir və hansı hallarda tutulur?

Kredit üçün banka müraciət edirsinizsə, aldığınız bu öhdəliyi ödəmək barəsində öncədən düşünmək çox vacibdir. Belə ki, burada müəyyən olunmuş vaxtda krediti borcunu bağlamaqdan başqa, 2 məqam fərqlənə bilər.

Ola bilər ki, kredit borcunuzu qısa bir müddətdə bağlaya biləsiniz;

Ola bilər ki, kredit borcunuzu maddi vəziyyət səbəbiylə heç müəyyən olunmuş müddətdə bağlaya bilməyəsiniz.

Bəs qeyd olunan bu 2 məqam baş verdikdə, kredit borcunuzun ödənmə prosesinə qədər hansı proseslər baş verir? Bu suala cavab vermək üçün aşağıdakı hər 2 məqama aid konkret situasiyalara nəzər yetirək.

1. İnsanlar ehtiyac yarandıqda banklara kredit üçün üz tuturlar, kreditə ehtiyac qalmadıqda isə krediti vaxtından əvvəl bağlayırlar. Kreditləri vaxtından əvvəl bağladıqda bir neçə nüansı nəzərə almaq vacibdir.

Kredit müəyyən edilmiş müddətdən əvvəl geri ödənsə bunun üçün cərimə hesablanırmı?

Bəli hesablanır və bu cərimə Dəbbə pulu adlanır, hansı ki, siz pulu kredit müqaviləsində göstərilən müddətdən əvvəl ödədikdə tutulan cərimə məbləğidir.

Adətən əldə qalan əsas məbləğin təqribən 0.5-1% üzrə hesablanır. Adətən bu cərimə hesablanacaq məbləğin müddəti 6 aya yaxındır, yəni 6 ay və daha çox müddət krediti tez bağlayırsınızsa dəbbə sizə tətbiq olunur. Bu cərimənin məntiqi ondan ibarətdirki, bank hazırda sərəncamında olan vəsaitləri və gələcəkdə alacaq vəsaitləri artıq planlaşmış şəkildə kreditə və ya depozitlərin ödənilməsinə yönəltməyi düşünür –vəsait vaxtında (tez və ya gec) gəlməyəndə bankın likvid vəsait problemi yarana bilər.

Kredit müəyyən edilmiş müddətdən əvvəl geri ödədikdə cərimə hesablanmaması üçün nə edə bilərəm?

Krediti 10 AZN balansda saxlamaqla tam olaraq bağlamamaq. Siz məbləğin çox hissəsini ödəyirsiniz və sonra cüzi məbləğ saxlayırsınızki növbəti aylar faizlər az hesablansın. Bəzi bankların siyasəti və ya proqram təminatından asılı olaraq sizin krediti bağlamağınız barədə onları məlumatlandırmaq lazımdır ki proqram təminatında bu nəzərə alınsın əks hallda proqram təminatı öncədən ödəmələri nəzərə almır, növbəti aylar hesablanmış faizləri sizə gecikmə kimi hesablanır.

Son xəbərlər
Digər xəbərlər