Başınıza gələcək hadisələrdən əvvəlcədən xəbərdar olmaq mümkün deyil. Ancaq bacardığımız qədər tədbiri də əldən verməmək lazımdır. Bildiyiniz kimi yaxın qohumunuza pul göndərdiyiniz zaman pul köçürmə sistemlərindən istifadə edirik. Bu dəfə Sizə Western Union sistemi istifadə edərkən hansı tədbirləri görməli olduğunuz haqqında məlumat verəcəyik.
- Western Union sistemi ilə yalnız tanıdığınız insanlara pul göndərin;
- Western Union vasitəsi ilə aşağıdakı hallarda pul göndərməyin;
- Tanımadığınız şəxs sizin yaxın qohumunuza ( dostunuza, iş yoldaşınıza və s.) təcili kömək məqsədilə pul göndərməyinizi xahiş edə bilər;
- İlk əvvəl qohumunuzla telefonla ( və ya digər vasitə ilə) əlaqə saxlayın və nə baş verdiyini aydınlaşdırın;
- İnternet vasitəsilə ünsiyyət etdiyiniz və şəxsən tanımadığınız şəxsə pul göndərmək niyyətiniz varsa;
- İnternet vasitəsilə alış- veriş ödənişi zamanı;
- Məşğulluq xidmətlərinin ödənişi zamanı;
- Lotareya və ya digər uduşları almaq üçün vergi və ya rüsumların ödənişi zamanı;
- Əmlak icarə haqqında ödəniş zamanı;
- Kreditlərin verilməsində və ya kredit kartlarının buraxılışında rüsum və komissiyaların ödənişi zamanı;
- Əgər Siz gözlənilmədən bank qəbzi almısınızsa və əslinə uyğun pul köçürməsini göndərmək niyyətiniz varsa.
Unutmayın ki, pul köçürməsi alıcıya bir neçə dəqiqə ərzində ödəniləcək və ödənildikdən sonra dələduzluğun qurbanı olsanız belə Western Uniondan pul vəsaitini geri ala bilməyəcəksiniz.
Göstərilən xidmət şərtlərinə əsasən təyinat ökləsində mabləğinin və ya valyutasının məhdudiyyətləri, müştərilərin identifikasiyasına aid tələblər, xidmət məntəqələrinin iş saatları, saat qurşaqlarında olan fərqi və s. nəzərə alınmalıdır.