26 C
Baku
Wednesday, April 24, 2024

“Dəmir Bank” kreditorlarına xəbərdarlıq: “Müddət uzadıldı”

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən ləğv prosesində olan “DəmirBank” ASC-nin Kreditorlarının xəbərdarlıq edilib.

Xəbərdarlıqda deyilir ki, Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

Qeyd edək ki, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər: Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.

Əlavə məlumatlar ücün əlaqə nömrələri:

  • ( 99412) 444-71-71
  • ( 99412) 447-77-44
  • ( 99412) 596-65-91
  • Qaynar xətt – 941.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər