5 C
Baku
Saturday, December 14, 2024

Dəmir yolları üzrə yükdaşımadan gəlirlər azalıb: altı aya 213 mln. manat!

Azərbaycanda dəmiryollarının yükdaşımalardan gəlirləri azalıb.

Banker.az xəbər verir ki, dəmir yolu ilə yükdaşımalardan şirkətlərin gəlirləri 2024-cü ilin birinci yarısında 213 milyon 252.1 min manat olub.

Bu da 2023-cü ilin ilk yarısı ilə müqayisədə 2.7 faiz azdır. Həmin dövrdə şirkətlərin gəlirləri 219 milyon 204.3 min manat idi. Azalmaya əsas səbəb ixrac yüklərinin həcminin illik müqayisədə 14.6% azalaraq 42 milyon 775.4 min manata qədər enməsidir. İdxalda dəmiryolu ilə yükdaşımaların həcmi illik 6 faiz artaraq 48 milyon 825.4 min manata, tranzit yüklərində gəlirlər isə 0.9% artaraq 92 milyon 936.9 min manata yüksəlib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk 6 ayında şirkətlər ümumilikdə 9 milyon 316.7 min ton yük daşımaqla illik 1.8% artıma nail olublar. Bununla belə idxal və ixrac yükləri yola saldığımız I yarımildə zəif olduğundan ümumi statistikaya təsir edib.

Tranzit yüklərinin həcmi isə ilin illik yarısında 11.3% artımla 3 milyon 930 min ton olub.

Son xəbərlər
Digər xəbərlər