Dəmir yolu ilə yükdaşımalardan 216 milyon manat gəlir əldə edilib

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 8,77 milyon ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Banker.az xəbər verir ki, yükdaşımaların əsas hissəsi beynəlxalq daşımaların payına düşüb. Hesabat dövründə beynəlxalq istiqamətlər üzrə 7,59 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 6,4% artım deməkdir.

Beynəlxalq yükdaşımaların 2,59 milyon tonunu idxal yükləri təşkil edib və bu göstərici 5,2% artıb. İxrac yüklərinin həcmi 3,7% artaraq 1,45 milyon tona, tranzit yüklərin həcmi isə 8,5% artaraq 3,55 milyon tona çatıb.

Daxili yükdaşımaların həcmi isə 9,7% azalaraq 1,19 milyon ton təşkil edib.

2026-cı ilin ilk yarısında dəmir yolu ilə yükdaşımadan 216,3 milyon manat gəlir əldə olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur.

Beynəlxalq yükdaşımalar üzrə gəlirlər 11,2% artaraq 184,9 milyon manata, daxili yükdaşımalar üzrə gəlirlər isə 19% artaraq 31,4 milyon manata yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər