24 C
Baku
Wednesday, October 9, 2024

DəmirBank Bayılda yeni filial açdı

DəmirBank, 3 dekabr 2014-cü il tarixində Bayıl filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib.

Bakı şəhəri, İ.Məmmədov küçəsi 2a ünvanında (Bayraq meydanının yaxınlığında) yerləşən Bayıl filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Son xəbərlər
Digər xəbərlər