22 C
Baku
Friday, October 4, 2024

“DəmirBank” biznes kreditləri üzrə faiz dərəcələrini aşağı salıb

“DəmirBank” biznes kreditləri üzrə faiz dərəcələrini aşağı salıb. Artıq “DəmirBank”a müraciət edən müştərilər 100 min manatadək biznes kreditlərini 4%-dək illik faiz dərəcəsi endirimi ilə əldə edə bilərlər.

Bankdan bildiriilb ki, kreditin maksimal müddəti 36 aya bərabərdir.

Qeyd edək ki, “DəmirBank” mikro və kiçik biznes kreditləşdirilməsini genişləndirərək sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir. Bu günədək istehsal, ticarət, xidmət, kənd təsərrüfatı və bu kimi digər sahələrdə fəaliyyət göstərən minlərlə sahibkar “DəmirBank”ın mikro və kiçik biznes kreditlərindən istifadə edib.

”DəmirBank” müxtəlif beynəlxalq maliyyə təşkilatları, eləcə də mikro və kiçik kreditlər üzrə ixtisaslaşmış şirkətlərlə geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə cəlb edilmiş vəsaitlər də Azərbaycanda sahibkarlara kreditlərin verilməsinə yönəldilir. “DəmirBank” həmçinin sahibkarlığın kreditləşdirilməsi üzrə dövlət proqramına əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verir.

”DəmirBank” müştərilərə həmçinin digər növ biznes, istehlak və ipoteka kreditlərini təklif edir.

APA

Son xəbərlər
Digər xəbərlər