20 C
Baku
Saturday, September 28, 2024

DəmirBank fevral ayının nəticələrini açıqladı

DəmirBank-ın aktivləri 1 mart 2014-cü il tarixinə 410,3 mln. manat təşkil edib. Verilən kreditlərin həcmi isə bu dövr ərzində 31,8 mln. manat və ya 11,5% artaraq 309,3 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 mart 2014-cü il tarixinə 195,2 mln. manat olub.

Əhalinin əmanətlərinin həcmi isə 1 mart 2014-cü il tarixinə 162,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18% və ya 24,9 mln. manat çoxdur.

Bankın 1 mart 2014-cü il tarixinə məcmu kapitalı isə 61,2 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Son xəbərlər
Digər xəbərlər