10 C
Baku
Wednesday, December 11, 2024

DəmirBank hüquq mühafizə orqanlarına müraciət etdi

“DəmirBank” ASC tərəfindən hal-hazırda illik ortalama 240 mln. manatdan artıq kredit verilib. Verilmiş kreditlərin müəyyən hissəsində təyinatı üzrə xərclənməmə, müştərinin maliyyə vəziyyətinin pisləşməsi nəticəsində yaranan gecikmələr və bu kimi halların qarşısının alınması üçün Bankda müvafiq monitorinq və nəzarət mexanizmləri daim mövcuddur və proseslərə ciddi nəzarət olunur. Kredit ödənişlərində gecikmələr yarandığı təqdirdə Bankın Filialları, Problemli kreditlərlə iş strukturları tərəfindən addımlar atılaraq geri yığım həyata keçirilir. Müştəri tərəfindən verilmiş vəsaitin təyinat üzrə xərclənməməsi şübhəsi yarandıqda və ya ödənişdən imtinası hallarında isə müvafiq olaraq Azərbaycan Respublikası qanunları çərçivəsində hüquq mühafizə orqanlarına müraciət olunur.

Mətbuatda yanlış prizmadan yanaşılaraq “oğurluq”, “saxtakarlıq” ifadələri ilə böyüdülərək yayımlanan məlumatlarla bağlı bildirmək istərdik ki, burada DəmirBank və ya əməkdaşları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxdur.

“DəmirBank” ASC tərəfindən 2006 – 2010-cü illər aralığında kəndli-fermer təsərüfatının inkişafı, tikinti və sənaye sahələri üçün fiziki və hüquqi şəxslərə büdcə vəsaiti və öz vəsaiti hesabına müvafiq biznes planlar və sənədlər qəbul olunmaqla verilmiş 10 milyon 666 min 600 manat kreditin müştərilər tərəfindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı şübhələr yarandığı üçün müvafiq araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət olunmuşdur. Müraciət əsasında Baş prokurorluq tərəfindən hal-hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Bank sektorunda hər hansı kreditin təyinat üzrə istifadə olunmaması ilə bağlı şübhələr yarandıqda və ya müştərinin kredit ödənişindən imtinası hallarında, bununla bağlı araşdırmaların aparılması üçün hüquq mühafizə orqanlarına müraciət olunması qanuni prosedurdur ki, bu prosedurlar DemirBank tərəfindən hər zaman gözlənilmişdir. Bu gün ümumi Bank sektorunda 938.8 mln. manatdan artıq problemli kreditlər vardır ki, bütün Banklar onların hüquqi prosedurlar çərçivəsində geri ödənişinin təmin olunması üçün çalışır.

Qeyd edək ki, DəmirBank maliyyə göstəricilərinə görə 1 Oktyabr 2014-cü il tarixinə Bankın aktivləri 423.4 mln. manat, kredit portfeli 319.5 mln. manat təşkil etmişdir. Təyinat üzrə xərclənməmə şübhəsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuş qeyd olunan məbləğ Bankın ümumi kredit portfelinin 3%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər