14 C
Baku
Tuesday, April 16, 2024

DəmirBank uduş kampaniyasına başladı

DəmirBank-ın internet saytında BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak edə bilər. Lotereyanın qalibləri 24 may 2014-cü il tarixində müəyyən ediləcək. Lotereyada 1 ədəd mininot, 1 ədəd ətçəkən və 1 ədəd şirəçəkən maşın oynanılacaq.

Plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin on-layn ödənişini həyata keçirə bilər.

Ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edir. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edir. Belə ki, mininot üçün 1500, ətçəkən üçün 400, şirəçəkən üçün isə 200 bonus xalı tələb olunur. Misal, əgər müştəri BillPay sistemində 25 manatlıq ödənişlər edibsə, malik olduğu 2500 bonus hesabına aşağıdakı qaydada şanslar əldə edə bilər:

• Variant A: mininot udmaq üçün – 1 şans, ətçəkən üçün – 2 şans, şirəçəkən maşın üçün – 1 şans
• və yaxud Variant B: mininot udmaq üçün – 1 şans, ətçəkən üçün – 1 şans, şirəçəkən maşın üçün – 3 şans

Son xəbərlər
Digər xəbərlər