DəmirBank Novruz Bayramı münasibətilə “Sərfəli Novruz” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 28 mart 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə illik faiz dərəcəsində 1%, 2%, 3% və ya 4% endirim təqdim edilir. Endirimi müəyyən etmək üçün müştəri kredit götürən zaman filialda olan xüsusi torbadan kupon çıxarmalıdır.
Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.