Bakı Apellasiya Məhkəməsinin 27.12.2017-cı il tarixli (2-1 (103)-3194/17 saylı) qərarına ilə “Dəmir Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan (ADİF) Banker.az-a verilən məlumata görə, Fond “Dəmir Bank” ASC-nin ləğvedici təyin edilib.
Eləcə də bax: “DəmirBank” sonuncu bağlanan bank deyil, digər bağlananlar olacaq – İqtisadçı
Xatırladaq ki, bundan öncə 11 bank, yəni, “Yunayted Kredit Bank” ,“Bank of Azerbaijan”, “Gəncəbank” ,“Texnikabank”, “Parabank” , “Zaminbank” , “Kredobank” , “Dekabank” , “Atrabank” “Qafqaz İnkişaf Bankı” və “Bank Standard” müflis elan edilmişdi.