25 C
Baku
Friday, April 19, 2024

“Dəmirbank”ın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlandı

Fevralın 1-dən indiyədək “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə əmanətçilərə 27 mln. manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, kompensasiyanın ödənilməsi prosesi müvəffəqiyyətlə davam etdirilir. Fonddan bildirilib ki, qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb.

“Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır”, – deyə məlumatda vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər