15 C
Baku
Friday, March 29, 2024

“Dəmirbank”ın kreditorlarına müraciət edildi

“Dəmirbank”ın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bağlanan bankın kreditorlarına növbəti dəfə müraciət edib.

Bu barədə Banker.az-a ADİF-dən inforimasiya daxil olub.

Müraciətdə bildirilir:

“Bakı Apellyasiya Məhkəməsi “Dəmirbank”ın müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla ADIF Banka ləğvedici təyin edilib. “Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barədə məlumat.

Kreditorlardan xahiş olunur ki, “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat idarəsi” filialına gəlməklə Fonda müraciət etsinlər”.

Son xəbərlər
Digər xəbərlər