“Dəmirbank” ASC-nin İdarə Heyətinin (İH) üzvü işdən çıxıb. Agentlik xəbər verir ki, söhbət Azər Hümbətovdan gedir.
A.Hümbətov 2009-2013-cü illərdə “Dəmirbank”ın Kredit Departamentinin direktoru, 2013-cü ildən indiyədək isə İH-nin üzvü olub.
Hazırda Bankın İH-nə Fərid Abuşov rəhbərlik edir. Onun müavini isə Orxan Vahabovdur.
“Dəmirbank”ın İH-nə həmçinin üç baş direktor – Mərdan Şıxəliyev, Oqtay Əliyev və Samirə Şirəliyeva daxildir.
Report