6 C
Baku
Saturday, December 14, 2024

DƏMX: İşçilərə 497 min manatdan çox sosial ödənişlərin ödənilməsi gecikdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 497 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Dövlət Əmək Müfəttişliyindən verilən xəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib.

Ödənilən vəsaitin 94.2 faizi əməkhaqqı, qalan hissəsi isə zərərə görə ödənc, sosial müavinətlər və kompensasiyadan ibarət olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər