Xəzər dənizinin sahilində, “Dəniz Mall” ticarət mərkəzində ən yeni 4DX texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük “CinemaPlus” kinoteatrı açılacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə bildirib ki, “Dəniz Mall” təxminən 3 ay sonra istifadəyə veriləcək və kinoteatr da həmin vaxt fəaliyyətə başlayacaqdır.
Azərbaycan bu texnologiyanın qurulmasında dünyada 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusun ardınca 4-cüdür.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə bildirib ki, innovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə hərəkətə gətirilən blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir:
“Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verən aksiyalara cəlb edir. Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir”.