6 C
Baku
Monday, December 16, 2024

Dəniz nəqliyyatı ilə yük daşınmasında 0.2% artım, sərnişin daşınmasında isə 8% azalma var

2020-ci ildə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 0.2% artaraq 5 981.9 min ton təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yüklərin 34.7 faizini neft yükləri təşkil etmişdir.

Dəniz limanları tərəfindən 8781.6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 8186 min tonunu və ya 93.2 faizini tranzit yüklər təşkil etmişdir.
2021-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 238.6 min ton olmuşdur.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərinsayı 2019-cu ilə nisbətən 8.1 faiz azalaraq 20.4 min nəfər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər