-1 C
Baku
Sunday, December 15, 2024

Dənizdə itkin düşən 3 neftçinin mənzillərinə görə kredit üzrə qalığı ödənilib

SOCAR ( Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci il dekabrın 4-də “Günəşli” və “Neft Daşları”nda baş vermiş qəza nəticəsində itkin düşmüş 3 neftçinin əldə etdikləri mənzillərə görə kredit üzrə qalığı ödəyib. Bu barədə şirkətdən məlumat verilib.

Mənzil növbəsində olan və “Neftçi” mənzil-tikinti kooperativi (MTK) tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin – İman Qasımovun (31 min 756,07 manat), Bəhmən Cəfərovun (15 min 523,70 manat), Əbdüləziz Əbdüləzizovun (70 min 234,50 manat) ödənişi SOCAR tərəfindən həyata keçirilib.

Bundan başqa, həlak olmuş və itkin düşmüş 33 nəfərin hər birinin ailəsinə aşağıdakı məbləğdə maddi yardım edildiyi bildirilib: Nazirlər Kabinetinin qərarına əsasən 15 min manat; SOCAR-ın vəsaiti hesabına 5 min manat; Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 1 min manat;Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1 min manat.

Həlak olmuş və itkin düşmüş şəxslərin ailələrinə SOCAR və ayrı-ayrı strukturları tərəfindən də digər ödənişlər həyata keçirilib.

Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib, 12 nəfərin cəsədləri tapılıb. 18 nəfərin axtarışları davam etdirilir.

Bundan başqa, saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə 3 nəfərin itkin düşməsi ilə nəticələnmiş qəza baş verib.

İnterfaks-Azərbaycandan

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər