8 C
Baku
Friday, December 13, 2024

Tramp Konqresin qərarına məhəl qoymur – Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edilə bilər

ABŞ Prezidenti Donald Tramp Administrasiyası hökumət işinin qismən dayandırılması (şatdaun) səbəbindən məcburi ödənişsiz məzuniyyətə göndərilmiş 50 minə yaxın dövlət işçisini geri çağırıb.

Banker.az “Report”-a istinadən məlumat verir ki,  iş başına vergi ödəmələrinin qaytarılmasına cavadeh olan, uçuşların təhlükəsizliyini izləyən və məhsulların və dərman preparatlarının yoxlanışını həyata keçirən dövlət işçiləri qayıdacaqlar.

Nəşr yazır ki, onlar ödənişsiz işləyəcəklər.

Ümumiyyətlə, dünən ABŞ məhkəməsi aviadispetçerləri və digər dövlət işçilərini təmsil edən həmkarlar ittifaqlarının hökuməti şatdaun vaxtı işləməyə məcbur olan federal qurumların işçilərinin əmək haqqısını verməyə məcbur etmək tələbi ilə bəyanatlarını rədd edib.

Xatırladaq ki, Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılması məsələsi ilə əlaqədar dekabrın 22-də Konqresin yeni büdcə üzrə razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandıraraq “şatdaun” rejiminə keçiblər.

D.Tramp Konqresin qərarına ehtiyac olmadan divarın maliyyələşdirilməsi üçün sərhəddə fövqəladə vəziyyətin tətbiqi üzərində düşünür.

Son xəbərlər
Digər xəbərlər