-3 C
Baku
Sunday, December 15, 2024

Da Vinçi-nin əsas sirləri

Leonardo şifrələməyi sevirdi. Bunu etməkdə onun məqsədi öz ideyalarının insanlığın “tam yetişməsindən” sonra qavranılması  idi. Leonardo sol əli ilə və çox kiçik hərflərlə yazırdı, üstəlikdə sağdan sola. Bu hələ son deyil. O bütün hərfləri güzgü əksi ilə yazırdı. O daim tapmacalar ilə danışırdı. Dahi rəssam öz sənət əsərlərinə imza atmırdı, lakin onlarda ona məxsus nişanələri görmək mümkün idi. Məsələn, onun hər hansı bir əsərinə baxdıqda simvolik olaraq uçan quş görmək olardı. Onun əsərlərində belə əsərlər çox idi.

Leonardo səpilmə prinsipini kəşf edib. Onun əsərlərindəki predmetlər aydın sərhədlərə malik deyillər. Hər şey həyatdakı kimi – tutqun, canlı, fantaziyanı oyadandır. O obrazları daha yaxşı təsəvvür edərək canlandırmaq üçün işlədiyi məkanlaır tüstü ilə doldururdu. Səpilmə effekti sayəsində Cakondanın parıldayan təbəssümü yaranır. Rəsmə baxan insan Cakondanın gah güldüyünü, gah da kədərləndiyini görür. Mona Liza-nın ikinci möcüzəsi onun “canlı” olmasındadır.  Əsrlər ərzində onun təbəssümü dəyişir. Cakondanın dodaqlarının kənarı yuxarı qalxır.

Leonardo bir qayda olaraq kontrapostdan – ziddiyyətlərdən istifadə etməyi sevirdi. Kontrapost hərəkət yaradır. Korte Vekkioda nəhəng at heykəli yaradarkən rəssam atın ayaqlarını kontrapostda təsvir edib. Bu da öz növbəsində xüsusi azadlıq illuziyası yaradır. Heykəli görən hər bir kəs özlərindən asılı olmayaraq nisbətən sərbəst addım atırlar.

Leonardo heç vaxt hər hansısa əl işini tez bir zamanda bitirməyə çalışmırdı. Onun üçün sonsuzluq mütləq həyat keyfiyyəti idi. Bitirmək – öldürmək deməkdir! Dahi rəssamın ləng olması dillər əzbəri idi. O işlədiyi sənət əsəri üzərində fırça ilə bir-iki xətt çəkib günlərlə şəhərdən itə bilərdi. Demək olar ki, onun yüksək əhəmiyyətli əsərlərinin əksəriyyəti natamamdır. Onların bir çoxu su, yanğın, barbar hücumları nəticəsində korlansa da, rəssam onları düzəltmirdi. Dahinin sanki xüsusi məhlulu var idi və onunla öz möhtəşəm əsərlərində “natamamlıq pəncərəsi” yaradırdı. Görünür o bununla bu boşluqları həyatın özünün doldurmasını istəyirdi.

Son xəbərlər
Digər xəbərlər