Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.
“Rosselxoznadzor”ın verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.