1 C
Baku
Saturday, December 14, 2024

Daha 144 ölkə vətəndaşı çarter reysi ilə Ankaradan Azərbaycana gətirilib

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC  (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, həmin reyslə 144 nəfər ölkə vətəndaşı vətənə qaytarılıb. Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər