8 C
Baku
Thursday, December 12, 2024

Daha 500 avroluq əskinaslar buraxılmayacaq – tarix açıqlandı

Avrozonanın 19 ölkəsinin Mərkəzi Bankları bu il 500 avroluq banknotların buraxılışına son qoyacaq.

Banker.az bildirir ki, ən böyük nominallı avronun buraxılışı 17 ölkə tərəfində 27 yanvara, Almaniya və Avstriya tərəfindən isə 26 aprelə kimi dayandırılacaq.

Beləliklə də, hələ 2016-cı ildə Avropa Mərkəzi Bankının (AMB) bu əskinasların aradan qaldırılması haqqında qərarı realaşdı. Tənzimləyiciyə görə həmin əskinaslar izlənməsi mümkün olmayan qanunsuz maliyyə əməliyyatları üçün, o cümlədən narkotik və silah alveri zamanı maliyyə hesablaşmalarında istifadə olunur.

AMB-nin məlumatına görə, hazırda dövriyyədə 260,5 mlrd. avro dəyərində 521 mln belə əskinas var. Onlar dövriyyədə olan cəmi avrobanknotların 2,4%-ni təşkil edir.

İndi ən iri Avropa əskinası 200 avro olacaq.

 

©Finans.az

Son xəbərlər
Digər xəbərlər