Müəllif: Tony Schwartz, Harvard Business Review
İki eyni bacarığa sahib insan eyni bir ofisdə işləyir. Sağlam rəqabət naminə deyək ki, onların hər ikisi hər gün işə saat doqquzda gəlir və axşam saat yeddidə evə gedirlər.
Bill əsasən dayanmadan işləyir, bütün tapşırıqları masa arxasında həll etməyə çalışır, bütün günü toplantıdan-toplantıya qaçır. O, hətta yeməyini də öz iş masasından qalxmadan yeyir. Bütün bunlar sizə tanış səslənir?
Nik isə əksinə, heç bir fasilə olmadan doxsan dəqiqə ərzində intensiv işləyir, sonra isə yenidən işə başlamaqdan öncə 15 dəqiqə ərzində istirahət edir. Saat 12:15-də o, 45 dəqiqəlik nahar fasiləsinə gedir və ya yaxınlıqdakı idman zalında məşq edir. Saat 3-də o öz iş masasının arxasında gözlərini yumaraq, dincəlir. Bəzən bu 15-30 dəqiqəlik günorta yuxusuna çevrilir. Nəhayət o yenə 4:30 və ya saat 5:00 arası 15- dəqiqəlik çöldə gəzintiyə çıxır.
Bill işdə 10 saat keçirir . İşə təqribən öz bacarığını 80%-i ilə başlayır. O instinktiv halda bütün qüvvəsini birdən-birə ortaya qoymur, yəni özünü ləngidir, çünki o fikirləşir ki, hələ onun bütün günü qabaqdadır.
Təxminən saat 1-də Bill haradasa özündə yorğunluq hiss edir. O, işə öz bacarığının 60 faizini sərf edir və qarşı alınmaz şəkildə öz qüvvəsini tükəndirməyə davam edir. Təxminən saat 4-7 arasında o, öz bacarığının cəmi 40 faizi ilə çalışa bilir.
Bu azalan gəlirlər qanunu adlanır. Bill orta hesabla on saat ərzində öz bacarığının 60 %-ilə işləyir. Bu isə o deməkdir ki, onun işə gerçək sərf etdiyi miqdar 6 saatdır.
Nik də eyni 10 saat ərzində çalışır, lakin o elə başlanğıcdan işə öz bacarığının 90%-ni sərf edir, çünki o bilir ki, bir azdan o, 15 dəqiqəlik fasilə götürəcək. Günorta yaxınlaşdıqca o bir az sürəti azaldır, lakin günorta yeməyindən və ya idman məşqindən, həmçinin günorta istirahətindən sonra o qalan üç saat ərzində öz bacarığının 70%-i ilə çalışır.
Nik ümumi on saatlıq iş günü ərzində cəm olaraq iki saat istirahətə vaxt sərf edir, yəni işdən kənar olur. Deməli o səkkiz saat işləyir. Həmin vaxt ərzində isə o orta hesabla öz enerjisinin 80-ilə işləyir.Beləliklə o da real olaraq işə 6 ½ saat sərf etmiş olur, bud a Bill sərf etdiyindən yarım saat artıqdır.
Nik diqqətini daha yaxşı cəmlədiyi üçün və daha az gərgin olduğu üçün, o həm də daha az səhvə yol verir, həmçinin o gecə evə qayıdanda ailəsinə sərf etməyə daha çox enerjisi olur.
Bizim yaratdığımız dəyəri müəyyən edən amillər heç də biz iş masasının arxasında keçirdiyimiz saatların miqdarı ilə ölçülmür. Əsas şərt sizin iş saatlarına həsr etdiyiniz enerjidir. Insan bir varlıq kimi elə yaradılıb ki, enerji sərfi və bərpası arasında ritmik olaraq nəbz vursun. Bu bizim ən yaxşı halımızda necə əməliyyat aparmağımız ilə bağlıdır. Davamlı enerji ehtiyatlarına malik olma – mütəmadi fiziki, əqli, emosional və hətta mənəvi və ruhi yenilənmə və bərpa ola tələb edir.
Nikin işlədiyi tərzlə işləyin və onda siz daha qısa müddətdə daha çox şey etməyə nail olacaqsınız. Həmçinin onun keyfiyyət səviyyəsi və davamlılığı da daha yüksək olacaqdır.
Siz elə iş məkanı yaradın ki, intensiv əmək və real yenilənmə, istirahət arasındakı balanslaşdırılmış əlaqəni həqiqətən də dəyərləndirsin. Onda siz nəinki öz işçilərinizin yüksək məhsuldarlığına nail olacaqsınız, həm də bu sizin xoş bir məşğuliyyət olacaq və siz işinizdən məmnun qalacaqsınız.
Iş prosesində dincəlmənin və bərpa olunmanın nə qədər böyük rola malik olduğunu sübut edən minlərlə faktlar vardır.
NASA tərəfindən Federal Aviasiya Administrasiyası ilə birlikdə həyata keçirilmiş uzun sürən uçuşların pilotları ilə bağlı bir araşdırmanı nəzərdən keçirin. Bir qrup pilota uçuşun ortasında 40 dəqiqə yatmağa icazə verilmişdir və onlar bu müddətin təqribən, yəni orta hesabla 26 dəqiqəsini gerçəkdən də yuxuda olmuşlar. Yuxudan sonra onların reaksiya vermə müddətinin orta göstərici təxminən 16 % yüksəlmişdir.
Yuxusuz qalan, yəni uçuş ərzində yatmasına izn verilməyən pilotlar isə, eyni vaxta reaksiya vermə qabiliyyətini yoxlamaq sınağa salınarkən orta hesabla 34% geriləmə göstərmişlər. Həmçinin uçuşun son 30 dəqiqəsində onlarda 2-10 saniyə davam edən 22 mikro yuxu halı qeydə alınmışdır. Mürgüləmək imkanı verilən pilotlarda isə heç bir hal müşahidə olunmamışdır.
Ya da performans mütəxəssisi Anders Erikson tərəfindən keçirilmiş bir araşdırmaya diqqət yetirin. Bu Berlin Musiqi Akademiyasının skripkaçıları ilə bağlı bir təcrübədir. O deyir ki, ən yaxşı skripkaçılar sessiyalarda 90 dəqiqə ərzində məşq edir, hə bir sessiya arası fasilələr götürür və istirahət edirdilər. Onlar demək olar ki, heç vaxt gün ərzində 4 ½ saatdan artıq məşğul olmurlar.
Bu onu göstərir ki, onlar azalan gəlirlər qanunu instinktiv olsa belə həqiqətən başa düşüblər və ona əməl edilər.
Ən yüksək ustalığa malik olan skripkaçılar isə 8 saatdan daha çox gecə yuxusu yatır və günortalar da 20-30 dəqiqə ərzində mürgüləyirdilər. Həftə ərzində onlar adi sıravi amerikalıdan 16 saat daha çox yuxu yatırlar.
Mən 30-40 yaşlarım arasında 3 ədəd kitab yazmışam. Mən hər gün səhər saat yeddidən axşam saat yeddiyə qədər iş stolumun arxasında oturur və diqqətimi cəmləmək üçün dəridən qabıqdan çıxırdım. Hər kitabı yazmaq mənim ən azı bir ildən çox vaxtımı apardı. Axırıncı kitablarımı isə mən dahi skripkaçıların əməl etdiyi qrafik üzrə yazmaq qərarına gəldim. 3 ədəd 90 dəqiqəlik intensiv iş sessiyası və hər sessiya sonrası bərpa edici və yeniləyici fasilə.
Mən bu iki kitabı altı aya yazdım- bu kitabların araşdırmasına ilk kitablarımın ayrılıqda biri üçün sərf etdiyim saatlardan daha az vaxt sərf etdim. Mən işləyəndə, həqiqətən də iş görürdüm. Mən enerjimi bərpa edəndə, istər bu yemək üçün nə isə olsun, istər mütaliə, istər meditasiya və ya qaçış, mən həqiqətən də dincəlir və bərpa olunurdum.
Iş yerində stress heç də düşmən deyil. Əksinə, stress yeganə səbəbdir ki, biz ona görə hətta bacarığımızda olmayan işləri də edə bilirik, yəni əlimizdən gələndən daha artığını edirik. Öz əzələlərini stressə salmaq və sonra isə onları bərpa etməklə, siz asta-asta güc toplayırsınız. Bizim gerçək düşmənimiz mütəmadi yenilənmənin, bərpa olunmanın yoxluğudur.