2 C
Baku
Saturday, December 14, 2024

Daha bir Avropa ölkəsi avroya keçir

Xorvatiya parlamenti vahid Avropa valyutasına qoşulma haqqında qanun layihəsini qəbul edib. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, Xorvatiya kunasını avro ilə əvəzləmək qanunun leyhinə parlamentin 117 üzvü səs verib.

2022-ci il sentyabrın 5-dən ölkədə qiymətlər hər iki valyutada göstəriləcək, eksperiment 2023-cü ilədək keçiriləcək. Xorvatiya hökuməti avronun qəbul edilməsinin ölkə üçün müsbət addım olacağına inanır. Administrasiya bunun valyuta risklərini aradan qaldıracağını, faiz dərəcələrini aşağı salacağını, ölkənin kredit reytinqini yaxşılaşdıracağını və daha çox investisiya cəlb etməyə kömək edəcəyini bildirib.

Xatırladaq ki, Xorvatiya 2013-cü ildə Avropa Birliyinə üzv olub. Avro Avrozonanın 19 ölkəsində (Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya) rəsmi valyuta hesab olunur. Bundan əlavə, Monteneqro və Kosovo da avrodan istifadə edir.

Eyni zamanda Avropa İttifaqında avrodan rəsmi valyuta kimi istifadə etməyən ölkələr də var. Bunlar Bolqarıstan, Macarıstan, Danimarka, Polşa, Rumıniya, Çexiya və İsveçdir.

Son xəbərlər
Digər xəbərlər