İspaniyada koronavirus tədbirləri çərçivəsində tətbiq olunun maska taxma qaydası ləğv edilir.
Bu barədə ölkənin baş naziri Pedro Sançez açıqlama verib.
Onun sözlərinə görə, iyunun 26-dan etibarən ölkədə açıq havada maska taxma qaydası ləğv ediləcək.
“Bu, açıq havada ilk maskalı həftə sonu olacaq”, – deyə ispaniyalı nazir vurğulayıb.
Xatırladaq ki, İspaniyada ötən ilin mart ayından açıq havada maska taxma qaydası tətbiq olunur. Ölkədə indiyə qədər koronavirusa 3 753 228 yoluxma, 80 634 ölüm qeydə alınıb.